CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Badamdarda meyiti tapılan şəxslərdən daha biri tələbə imiş - FOTO

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 24.02.2021
Abunə olmaq
O, Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olubO, Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub

BAKI, 24 fevral — Sputnik. Bakının Badamdar qəsəbəsində meyiti tapılan şəxslərdən daha 1 nəfər tələbə olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Texniki Universitetinin Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova məlumat yayıb. O qeyd edib ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən daha biri, Allahverdiyev Şikar İdris oğlu da Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi idi. O, Energetika və avtomatika fakültəsinin II kurs əlaçı magistrantı olub. Şikar Allahverdiyev ali təhsilin bakalavriat səviyyəsini də AzTU-da fərqlənmə ilə bitirmişdi.

 

Xəbər lenti
0