11:52 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
HADİSƏ
Qısa URL
1210

Lətif Qəşəm oğlu Ələsgərov dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

BAKI, 23 fevral — Sputnik. Gədəbəydə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Qara Murad kəndin qeydə alınıb.

Kənd sakini, 1961-ci il təvəllüdü Ələsgərov Lətif Qəşəm oğlu özünə məxsus “QAZ 24” markalı avtomobilin altında qalaraq xəsarət alıb.

L.Ələsgərov dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. 60 yaşlı kənd sakini şəkər xəstəsi olduğundan komaya düşüb. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Əsas mövzular