01:04 04 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0547
HADİSƏ
Qısa URL
22 0 0

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir.

BAKI, 22 fevral — Sputnik. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının hazırlanması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən işlər davam etdirilir.

Sputnik Azərbacan xəbər verir ki, layihənin yüksək səviyyədə icrası üçün nazirlik tərəfindən yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərə də müraciət olunub.

Bununla əlaqədar İtaliyanın dünyaca məşhur aparıcı multimedia şirkəti olan "G GROUP" şirkəti ilə əməkdaşlığa başlanılıb. "G GROUP" şirkəti bir sıra beynəlxalq layihələri uğurla icra edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan memarlarının təşəbbüsü ilə "İstiqlal Zirvəsi" layihəsi hazırlanıb. Fevralın 9-da şirkət nümayəndələri ilə nazirliyin rəhbərliyi arasında onlayn görüş təşkil edilib və ilkin müzakirələr aparılıb.

Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin konsepsiyasının mükəmməl işlənilməsi üçün məkanla yerində tanış olmaq mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə fevralın 19-21-də "G GROUP" şirkətinin işçi heyətinin - yaradıcı icraçı direktor və bədii rəhbər Fabrizio Conti, strategiya üzrə məsləhətçi Laura Conti, memar, muzey və ekspozisiya dizayneri Nicola Pavan və memar Carlo Pavan Bakıya səfəri təşkil olunub.

Səfərin ilk günü mədəniyyət naziri Anar Kərimov və işçi nümayəndə heyəti arasında görüş keçirilib. A.Kərimov Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin dövlətimizin və xalqımızın əzmkarlığı nəticəsində qazandığı Şanlı Qələbəni, Vətən müharibəsinin gedişatını müasir təqdimat metodları ilə tamaşaçıya çatdıran məkan olmasının vacibliyini vurğulayıb.

Həmçinin görüşdə layihə çərçivəsində görüləcək işlər, ilkin ideyalar və planlar müzakirə edilib.

Əsas mövzular