11:38 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
HADİSƏ
Qısa URL
1801

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir.

BAKI, 21 fevral - Sputnik. Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 15:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 200-cü kilometrliyində, Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsindən qeydə alınıb.

"BMW" markalı minik avtomobili yoldan çıxaraq su arxına aşıb. Hadisə zamanı 6 nəfərin xəsarət aldığı bildirilir. Yaralıların adları hələ ki, məlum deyil.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Teqlər:
yaralılar, Göyçay, qəza, "BMW" markalı minik avtomobili

Əsas mövzular