13:15 07 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
HADİSƏ
Qısa URL
32 0 0

İmişli rayonunun Aranlı kəndində iki azyaşlının vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Uşaqlardan biri hadisə yerində ölüb, digəri isə yaralı halda xəstəxanaya çatdırılıb.

BAKI, 20 fevral - Sputnik. İmişli rayonunda piyadaların vurulması və ölümlə ilə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, rayonun Aranlı kəndində qeydə alınmış hadisə zamanı İmişli rayon sakini, 1994-cü il təvəllüdlü İmanov Mahir İlham oğlunun idarə etdiyi "VAZ 2107" markalı avtomobil yolda dayanan Aranlı kənd sakinləri, 2012-ci il təvəllüdlü Hüseynli Umud Musa oğlunu və 2013-cü il təvəllüdlü Quliyev Nihad Əkbər oğlunu vurub.

Hadisə nəticəsində ikinci azyaşlı hadisə yerində dünyasını dəyişib, digəri isə Biləsuvar xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, ölən azyaşlı Nihad Quliyevin bu gün anadan olduğu gündür.

Əsas mövzular