Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədə ağır yol qəzası baş verib - VİDEO

CC0 / Rico_Loeb / crushПоврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива
Поврежденный в ДТП автомобиль марки ВАЗ-2106, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.02.2021
Abunə olmaq
Yol buz bağladığı üçün yük maşını maneəyə çırpılaraq aşıb. Yük maşınının sürücüsünə kömək etmək üçün dayanan avtomobilə isə sərnişin avtobusu çırpılıb. Nəticədə hər iki maşın yoldan aşağı yuvarlanıb.

BAKI, 16 fevral — Sputnik. Bu səhər Türkiyədə ağır yol qəzası baş verib. Sputnik Azərbaycan-ın Haberler.com-a istinadla yaydığı məlumata görə, Konya-Adana yolunun Karapınar rayonu ərazisində baş vermiş qəzada 5 nəfər ölüb, 38 nəfər yaralanıb.

Hadisə sübh tezdən Bakı vaxtı ilə 03:30-da baş verib. Yol buz bağladığı üçün yük maşını magistral yoldakı maneəyə çırpılaraq aşıb. Yük maşının sürücüsünə kömək etmək üçün dayanan avtomobilə isə sərnişin avtobusu çırpılıb. Nəticədə hər iki maşın yoldan aşağı yuvarlanıb.

Qəza nəticəsində avtomobildəki iki, avtobusdakı 3 sərnişin ölüb. Yaralılar Karapınar və Konya xəstəxanalarına çatdırılıb. Hazırda yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Ölənlərin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Xəbər lenti
0