Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yaponiyada güclü zəlzələ olub, yaralılar var

© AFP 2023 / KAZUHIRO NOGIРазрушенные в результате землетрясения дома в поселке Масики префектуры Кумамото. Япония, 19 апреля 2016 года
Разрушенные в результате землетрясения дома в поселке Масики префектуры Кумамото. Япония, 19 апреля 2016 года - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
Ölkənin Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato təcili mətbuat konfransında əvvəlcədən elan edilmiş sunami xəbərdarlığının qaldırıldığını söyləyib.

BAKI, 13 fevral - Sputnik. Yaponiyanın şimal-şərqində, Fukusima prefekturasında baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə “Report” “Kyodo” agentliyinə istinadən məlumat verir.

Hazırda yerli hakimiyyət orqanları qurbanlar və mümkün zərərlər barədə məlumat toplayır. Fukusima prefekturasındakı eyni adlı inzibati mərkəzdə də bir neçə yanğın olub, hazırda yanğınsöndürmə xidmətləri məlumatları dəqiqləşdirir.

Ölkənin Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato təcili mətbuat konfransında əvvəlcədən elan edilmiş sunami xəbərdarlığının qaldırıldığını söyləyib.

Bundan əlavə, Kato yerli əhaliyə sakitliyi qorumaqla bağlı çağırış edib və ölkə rəhbərliyinin təbii fəlakətin nəticələrini minimuma endirmək üçün lazım olan hər şeyi etdiyini vurğulayıb.

Zəlzələ nəticəsində 830 min ailə işıqsız qalıb, sürət qatarların hərəkəti dayandırılıb.

Xəbər lenti
0