Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ermənistan FHN Yerevan sakinlərini küçədə qalmağa çağırdı - Yeni zəlzələ qorxusu

© SputnikЛюди во дворах после землетрясения (13 февраля 2021). Еревaн
Люди во дворах после землетрясения (13 февраля 2021). Еревaн - Sputnik Azərbaycan, 1920, 13.02.2021
Abunə olmaq
Səhiyyə Nazirliyi bir nəfər Yerevan sakininin yüngül xəsarət aldığını bildirib. Bu, son günlər Ermənistanda baş verən ikinci zəlzələdir.

BAKI, 13 fevral - Sputnik. Yerevanda bu gün 4,7 bal gücündə zəlzələ olub.

Sputnik Ermənistan-ın bildirdiyinə görə, zəlzələ bir neçə saniyə davam edib. Şəhərin müxtəlif hissələrindəki çoxmərtəbəli binaların sakinləri qorxudan küçəyə çıxıb.

Yeraltı təkanların ocağı 2 km dərinlikdə olub. Zəlzələ ocağı Yerevandan 12 km uzaqda olub.

İlk güclü təkandan sonra 20-dək kiçik təkanlar da hiss edilib. Erebuni rayonunda inzibati binada dağıntı var.

Ermənistan FHN insanları hələlik evlərinə dönməməyə, küçədə qalmağa çağırıb. Səhiyyə Nazirliyi isə bir nəfər Yerevan sakininin yüngül xəsarət aldığını bildirib.

Bu, son günlər Ermənistanda baş verən ikinci zəlzələdir.

Xəbər lenti
0