Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

KİVDF-dəki qanun pozuntuları ilə bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir

© AP Photo / John LocherМужчина в коридоре, фото из архива
Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.02.2021
Abunə olmaq
"İş üzrə Baş Prokurorluq tərəfindən dəfələrlə rəsmi məlumat verilib, nəticəsi barədə də ətraflı məlumat veriləcək" - Prokrorluq

BAKI, 12 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən qanun pozuntuları ilə əlaqədar başlanan cinayət işinin istintaqı davam edir. Sputnik Azərbaycan Baş Prokrorluğa istinadən xəbər verir ki, bu barədə prokrorluğun "Instagram"səhifəsinin sorğu-saul hissəsində suallar cavablandırılarkən qeyd olunub.

Bildirilib ki, hazırda həmin cinayət işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin İstintaq İdarəsində davam etdirilir: "İş üzrə Baş Prokurorluq tərəfindən dəfələrlə rəsmi məlumat verilib, nəticəsi barədə də ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Hesablama Palatasından daxil olmuş materiallar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti
0