18:04 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
HADİSƏ
Qısa URL
20 0 0

Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib

 

BAKI, 10 fevral — Sputnik. Müvafiq icazə almadan, eləcə də nəzarət postlarından kənar yollarla işğaldan azad edilmiş ərazilərə mülki şəxslərin keçmələrinin onların həyat və sağlamlıqları üçün ciddi təhlükə olması barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq hələ də bu qaydaları pozan vətəndaşlara rast gəlinməkdədir. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı şəxslərin öz həyatlarını təhlükə qarşısında qoyaraq postlardan kənar yollarla işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə daxil olmaları barədə məlumatlar əldə edilməkdədir: "Bu cür təhlükəli halların qarşısının vaxtında alınması məqsədilə fevralın 9-da Xocavənd və Füzuli rayonları ərazilərində daxili işlər orqanlarının əməkdaşları tərəfindən qabaqlayıcı profilaktik tədbirlər keçirilib. Nəticədə qeyd edilən rayonların işğaldan azad edilən ərazilərinə qanunsuz yollarla keçmiş 6 nəfər Ağcabədi rayon sakini - Qafar Qələndərov, Firdovsi Əliyev, Emin Mamedov, Səfər Əliyev, Elçin Əliyev Mahir Mamedov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin əməllərinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Bir daha vətəndaşlarımızı həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırırıq".

Teqlər:
sakinlər, saxlanılma, Xocavənd, Füzuli, Ağcabədi, işğaldan azad edilmiş ərazilər

Əsas mövzular