Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda qadını qəbirdən çıxardılar

© AFP 2023 / YE AUNG THUТруп, фото из архива
Труп, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
Lalə Ramazanovanın meyiti aşkar edilərək basdırıldığı yerdən çıxarılıb və məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

BAKI, 6 fevral — Sputnik. Bu il yanvarın 17-də paytaxtın Pirallahı rayon sakini, 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlər"lə açılması təmin edilərək itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib.

Zibil qutusu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.01.2021
HADİSƏ
Bakıda qadını doğrayıb zibil qutusuna atan şəxs onun qaynatası imiş

Sputnik Azərbaycan-ın Baş Prokurorluğun və DİN-in Mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbərinə görə, araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadənin 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Telman Mövsümzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, şübhəli şəxs Telman Mövsümzadənin ifadəsinin yerində yoxlanılması həyata keçirilərkən Lalə Ramazanovanın meyiti aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq basdırıldığı yerdən çıxarılmaqla məhkəmə-tibb ekspertizasının keçirilməsindən ötrü aidiyyəti üzrə göndərilib.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0