11:21 16 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
HADİSƏ
Qısa URL
2810

Bu gün Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın olub. FHN işçiləri hadisə yerinə cəlb olunublar

BAKI, 4 fevral - Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində istismarı dayandırılmış neft quyusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Sputnik Azərbaycan FHN-in saytına istinadən bildirir ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Köpük əmələgətirən maddədən istifadə edilməklə görülmüş operativ tədbirlər sayəsində yanğın qısa zamanda söndürülərək ciddi fəsadların qarşısı alınıb. Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülür.

Teqlər:
yanğın, quyu, neft, Qaradağ, Bakı

Əsas mövzular