CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BSM Rəmişin səhhəti ilə bağlı açıqlama yayıb

© Photo : APAXalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli
Xalq artisti Rəmiş (Rafiq Hüseynov), arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2021
Abunə olmaq
"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib".

BAKI, 4 fevral — Sputnik. Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:

"Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir",-deyə məlumatda qeyd olunub.

Xəbər lenti
0