Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Füzulidə mülki şəxslər minaya düşdü, ölən və yaralananlar var

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidMina sahəsi
Mina sahəsi - Sputnik Azərbaycan, 1920, 02.02.2021
Abunə olmaq
Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.

 

BAKI, 2 fevral — Sputnik. Füzuli rayonunda mülki şəxslər minaya düşüb.

Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib.

Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə 1-i yerindəcə həlak olüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəbər lenti
0