Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərhəddə film kimi əməliyyat: qadının da planı işləmədi - FOTO

© State Border Service of Azerbaijan RepublicHəsənxanov Nəbi və Süleymanova Elmira
Həsənxanov Nəbi və Süleymanova Elmira - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Abunə olmaq
Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçıblar.

BAKI, 1 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Məlumata görə, yanvarın 29-da DSX Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar-Gömrük avtomagistral yolunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 3 nəfərin olduğu yaşıl rəngli "Mercedes" markalı 10-SU-801 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edən şübhəli şəxs sərhəd naryadının "dayan" əmrinə tabe olmayaraq qaçmağa çalışarkən saxlanılıb.

© State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslərdən götürülən narkotik dolu bağlamalar
Sərhəddə film kimi əməliyyat: qadının da planı işləmədi - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Saxlanılan şəxslərdən götürülən narkotik dolu bağlamalar

1974-cü il təvəllüdlü, Bakı şəhər sakini Məlikov Pərviz Baba oğlu olduğu müəyyənləşdirilən şəxsin əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 410 qram narkotik vasitə və psixotrop maddəyə (3 kq 275 qr metamfetamin və 5 kq 135 qr tiryək) oxşar maddələr aşkar olunaraq götürülüb.

Sərhədçilər tərəfindən P.Məlikovun saxlanılmasını müşahidə edən avtomobildəki digər şəxslər hadisə yerindən qaçıblar, Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ərazisində saxlanılıblar, müqavimət göstərən avtomobil sürücüsü gömrük əməkdaşlarının xidməti avtomaşınına ziyan vurub.

© State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslərdən götürülən narkotik dolu bağlamalar
Sərhəddə film kimi əməliyyat: qadının da planı işləmədi - FOTO - Sputnik Azərbaycan, 1920, 01.02.2021
Saxlanılan şəxslərdən götürülən narkotik dolu bağlamalar

Saxlanılan şəxslərin Bakı şəhər sakinləri, 1978-ci il təvəllüdlü Həsənxanov Nəbi Yusif oğlu və 1987-ci il təvəllüdlü Süleymanova Elmira Sabir qızı olmaları, N.Həsənxanovun dəfələrlə müxtəlif cinayət hadisələrinin törədilməsinə, o cümlədən narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Araşdırma zamanı P.Məlikov və E.Süleymanova törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitəni götürməyə gəldiklərini bildiriblər.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0