09:17 03 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0229
  • EUR2.0440
HADİSƏ
Qısa URL
83 0 0

Goranboyda "Mercedes Vito" markalı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb

BAKI, 29 yanvar - Sputnik. Goranboyda ölümlə nəticələnən yol qəzası olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax yolunun Goranboy rayonunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vito" markalı mikroavtobus "ZİL" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 1 nəfər hadisə yerində ölüb, 6 nəfər isə xəsarət alıb.

  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi

 

Ölən - mikroavtobusun sərnişini, Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü Əhmədov Hikmət Fərman oğludur.

Xəsarət alanlar isə mikroavtobusun sürücüsü, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal İlqar oğlu, sərnişinlər - 1965-ci il təvəllüdlü Mirzəyeva Mehriban Mirzə qızı, 1998-ci il təvəllüdlü Həsənova Nigar Əşrəf qızı, "ZİL" markalı yük maşınının sürücüsü Zeynalov Rza Ərəstun oğludur. Daha iki nəfərə isə yerində ambulator müalicə göstərilib. Xəsarət alanların vəziyyətinin orta ağırlıqda olduğu bildirilir.

 

 

Teqlər:
yaralılar, ölən, yük maşını, mikroavtobus, Goranboy, qəza

Əsas mövzular