Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda Agentlik əməkdaşı minaya düşdü

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidСотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA)
Сотрудник Национального агентства по разминированию территорий Азербайджана (ANAMA) - Sputnik Azərbaycan
Abunə olmaq
Elməddin Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb.

BAKI, 29 yanvar — Sputnik. Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Təmizləmə Qrupunun Bölmə rəhbəri, 1983-cü il təvəllüdlü Mirzəyev Elməddin Tofiq oğlu xidməti vəzifəsini yerinə yetirərkən Ermənistan tərəfindən basdırılmış piyada əleyhinə minanın zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib.

Agentlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə yanvarın 29-u saat 11 radələrində baş verib. E.Mirzəyev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq dərhal cərrahiyyə əməliyyatına götürülüb. Vəziyyəti stabil ağırdır. Onun sol ayağı topuq nahiyəsindən travmatik amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

"Qeyd edilən ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır",- deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0