23:55 25 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
HADİSƏ
Qısa URL
13711

Hadisə şəhərin mərkəzi hissəsində baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

BAKI, 25 yanvar - Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ərazidə yaşayan sosial şəbəkə istifadəçiləri məlumat yayıblar. Partlayışın əks-sədası hətta paytaxtın Yasamal rayonunda eşidilib. 

Hadisə şəhərin mərkəzi hissəsində baş verib. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb.  

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xırdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən 
yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir".

FHN hadisə barədə əlavə məlumatın veriləcəyini bidirib.

Teqlər:
partlayış, Xırdalan şəhəri, Xırdalan

Əsas mövzular