CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis əməkdaşlarına zor tətbiq edən şəxs tutulub

© Sputnik / Murad OrujovАзербайджанские полицейские, фото из архива
Азербайджанские полицейские, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə cinayət işi başlanıb

BAKI, 19 yanvar — Sputnik. Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil NuriyevRəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0