06:20 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
8110

Qobustanda yerləşən vulkan gün ərzində 3 dəfə püskürüb, bunlardan ən uzunmüddətlisi sonuncu olub - 7 dəqiqə

BAKI, 14 yanvar - Sputnik. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin "Zəlzələlərin tədqiqatı bürosu" nun məlumatına əsasən, yanvarın 9-da Qobustan rayonunda Şıxzəhirli vulkanı püskürüb.

Sputnik Azərbaycan-ın məlumatına görə, gün ərzində vulkanın püskürməsi 3 aktivləşmə dövrləri ilə xarakterizə olunub.

Qeyd olunub ki, yerli vaxtla saat 17:48:36 (püskürmənin davamı 3 dəqiqə 28 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,37×107 C), növbəti yerli vaxtla saat 17:53:59 (püskürmənin davamı 2 dəqiqə 18 saniyə, dərinliyi h=2.0 km, enerjisi Е=0,29×107 C) və 17:58:17 (püskürmənin davamı 7 dəqiqə, dərinliyi h=2.0 km, enerjisi Е=0.30×107 C) baş verib. 

Teqlər:
Azərbaycan, püskürmə, Qobustan, palçıq vulkanı, vulkan

Əsas mövzular