06:16 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
233101

Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Qəzada zabit, Vətən müharibəsinin iştirakçısı da həlak olub

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Müharibədən qayıdıb ailəsi ilə görüşməyə gələn hərbçi yol qəzasında dünyasını dəyişib. Hadisə dünən axşam saatlarında  Bakı-Balakən magistralının Şəki rayonundan keçən hissəsində baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə,  Qax rayonunun Şotavar kənd sakinləri Gəncədən qayıdarkən qəzaya düşüblər. Vətən müharibəsinin iştirakçısı, 1995-ci il təvəllüdlü Məcidov Kənan Rəsul oğlu ailəsi ilə görüşməyə gələn zaman qəzada dünyasını dəyişib. Qardaşı Rəvan Məcidovun isə vəziyyəti ağırdır.

Onu da qeyd edək ki, Kənan Məcidov həm də N saylı hərbi hissənin zabiti olub.

Teqlər:
həlak, hərbçi, Qax, Şəki, Gəncə, qəza

Əsas mövzular