16:20 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
27 0 0

Zeynalovanın sözlərinə görə, qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlara çox ciddi xəsarətlər yetiriblər.

 

BAKI, 12 yanvar — Sputnik. Bakıda qadın və uşaq sığınacağına hücum olub.

Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O, qeyd edib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb.

Bundan başqa sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib.

M. Zeynalovanın sözlərinə görə, qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlara çox ciddi xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı artıq polisə müraciət edilib.

Teqlər:
Bakı, qadın sığınacağı, hücum, xəsarət

Əsas mövzular