Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şabranda qardaş bacısını su kanalına ataraq, öldürüb?

© Sputnik / Irade JELILAbşeron kanalı
Abşeron kanalı - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

BAKI, 7 yanvar — Sputnik. 31 avqust 2020-ci il tarixdə, saat 21 radələrində Şabran rayonu ərazisində Musayıbova Leyla Oktay qızının öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Sputnik Azərbaycan Şabran rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, istintaqla zərərçəkmişin qardaşı Abdulov Elşən Oktay oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Leyla Musayıbovanı Samur-Abşeron su kanalının üzərində yerləşən körpüdən suya ataraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti
0