Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib, ölən var

© AFP 2023 / JOEL SAGETАвтомобильная авария, фото из архива
Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli bildirib ki, ilkin məlumata görə, minik avtomobili agentliyin avtomobilinə arxadan çırpılıb

BAKI, 5 yanvar — Sputnik. Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınıb.

Hadisə zamanı UAZ markalı yük maşını ilə KİA markalı avtomobil toqquşub. Nəticədə yük maşını aşıb. Məlumata görə, hadisə zamanı minik avtomobilində olan iki qardaşdan biri ölüb, biri xəsarət alıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, UAZ avtomobili Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsusdur.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Sputnik Azərbaycan-a bildirib ki, ilkin məlumata görə, minik avtomobili agentliyin avtomobilinə arxadan çırpılıb: "Hadisənin hansı şəraitdə, necə baş verməsi barədə ətraflı məlumatımız hələ ki, yoxdur"

Xəbər lenti
0