21:10 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
15 0 0

Qəzanı törədən Ovanes Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir.

BAKI, 4 yanvar - Sputnik. Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yol qəzasına düşüb, 5 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, hadisə Yerevan-Mehri avtomobil yolunun 146-cı km-də baş verib. 38 yaşlı Ovanes Sarqsyanın idarə etdiyi “Mercedes” Armavir sakini, 45 yaşlı Avaq Barseqyanın idarə etdiyi “Opel Astra” ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü Sarqsyan, onun sərnişinləri - 55 yaşlı Yerevan sakini Nune Avetisyan, Qafan sakini, 23 yaşlı Siranuş Gümşudyan, “Opel Astra”nın sürücüsü Barseqyan və onun 17 yaşlı sərnişini Narek Barseqyan bədən xəsarəti alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilib ki, Ovanes Sarqsyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin xidmət rəisidir, Avaq Barseqyan isə hərbi hissələrdən birində müqavilə əsasında xidmət edir.

Əsas mövzular