Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda sahibsiz itlər qoyunları parçalayıb

© AP Photo / MATTHIAS RIETSCHELСтадо овец, фото из архива
Стадо овец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qoyunlara quduzluğa qarşı vaksin vurulub və digər profilaktik tədbirlər görülüb.

BAKI, 3 yanvar - Sputnik. Salyan rayonunda sahibsiz itlər şəxsi təsərrüfata hücum edərək qoyun-quzunu parçalayıb.

“Report” xəbər verir ki, hadisə Yenikənd kəndində baş verib.

Kənd sakini Nəhmədov Əli Rəhman oğluna məxsus 10 baş xırdabuynuzlu heyvan həyətyanı sahəyə məxsus yoncalıqda otlayarkən sahibsiz itlərin hücumuna məruz qalıb. İtlər 3 baş qoyunu öldürüb, 7 baş qoyunu isə yaralayıb.

Hadisə yerinə gələn Salyan rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən qoyunlara quduzluğa qarşı vaksin vurulub və digər profilaktik tədbirlər görülüb.

Xəbər lenti
0