Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Viktoriya Bekhem civədən zəhərlənib

© AFP 2023 / DANIEL LEAL-OLIVASБританский дизайнер Виктория Бекхэм, фото из архива
Британский дизайнер Виктория Бекхэм, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Müayinələrdən sonra məlum olub ki, onun bədənində civənin miqdarı yüksəkdir. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb

BAKI, 3 yanvar — Sputnik. Böyük Britaniyalı müğənni və dizayner Viktoriya Bekhem civədən zəhərlənib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, zəhərlənmənin səbəbi Viktoriya Bekhemin bu yaxınlarda başladığı balıq pəhrizidir. Belə ki, pəhriz zamanı müğənni qida rasionuna qılınc balığı da daxil edib. Qılınc balığı, civə nisbəti yüksək, ən çirkli dəniz balıqları qrupundandır.

Müğənni özünü pis hiss etdiyi üçün həkimə müraciət edib.

Müayinələrdən sonra məlum olub ki, onun bədənində civənin miqdarı yüksəkdir. Nəticədə müğənni qaraciyər təmizlənməsi proseduru aparmaq məcburiyyətində qalıb.

Xəbər lenti
0