18:10 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
2301

Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib

BAKI, 26 dekabr — Sputnik. Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib. Sputnik Azərbaycan Binəqədi rayon Prokurorluğuna istinadən xəbər verir ki, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Abışov Sahib Abdulla oğlunun qanunsuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niftiyev Niyaz Məmmədəli oğluNəsibova Mətanət Hüseyn qızı ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfər şəxsdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Teqlər:
karantin, cinayət, qadın, sədr müavini, bələdiyyə, Binəqədi, məhkəmə

Əsas mövzular