14:50 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
3010

Yaqub Məmmədov polisdən yayınmaq üçün "xınayaxdı" mərasimini qudası Fazil Mehdiyevin evində keçirib.

BAKI, 26 dekabr — Sputnik. Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejimi qaydalarını pozaraq gizli şəkildə qızına "xınayaxdı" mərasimi keçirməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərin qatıldığı məclisin keçirilməsinin qarşısı alınıb.

Məlum olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün "xınayaxdı" mərasimini qudası Fazil Mehdiyevin evində keçirib. Məclisdə iştirak edən bir neçə nəfər şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub. Məclisdə iştirak edib, polisdən yayınmağa cəhd edən digər şəxslər barəsində araşdırmalar davam etdirilir.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Teqlər:
cərimə, polis, karantin, qayda pozuntusu, Koronavirus, epidemiya, COVID-19, toy adətləri, toy, xınayaxdı

Əsas mövzular