Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

AzTV-nin binasında bədbəxt hadisə baş verib, xəsarət alan var

© Sputnik / Murad OrujovГоловной офис ЗАО "Теле- и радиопередачи Азербайджана" в Баку
Головной офис ЗАО Теле- и радиопередачи Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır.

BAKI, 25 dekabr — Sputnik. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.

Xəbər lenti
0