Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xalq artisti bu gün dəfn ediləcək

© Sputnik / Murad OrujovBakıda ulu öndər Heydər Əliyevin anım mərasimi
Bakıda ulu öndər Heydər Əliyevin anım mərasimi - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur aktrisa "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək

 

BAKI, 22 dekabr — Sputnik. Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, məşhur aktrisa "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.

Qeyd edək ki, Səfurə İbrahimova dekabrın 21-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onlarla teatr tamaşasında, filmlərdə rol alan aktrisa 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adı, 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdü.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin II dərəcəli mükafatı, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adı, 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Onun "Sevil", "Arşın mal alan", "Alma almaya bənzər", "Qaynana" və s. filmlərdə yaratdığı bənzərsiz obrazları hər kəsin xatirində yaşayacaq.

Allah rəhmət eləsin!

Xəbər lenti
0