Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəzər rayonunda qətl: qaynata kürəkənini öldürdü

© Sputnik / Vitaly Belousov / Mediabanka keçidQandal, arxiv şəkli
Qandal, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
İstintaqla hadisənin zərərçəkmişin qaynatası ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı baş verdiyi məlum olub

BAKI, 14 dekabr — Sputnik. Dekabrın 13-də səhər saatlarında Xəzər rayonu ərazisində 1985-ci il təvəllüdlü Rəşad Məmmədovun aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Xəzər rayon Prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Xəzər rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin qaynatası, 1962-ci il təvəllüdlü Azər Cəfərovla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı odlu silahdan atəş açaraq Rəşad Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0