23:31 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
25 0 0

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon Polis Şöbəsinə göndərilib

BAKI, 14 dekabr — Sputnik. Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sputnik Azərbaycan Baş Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, Neftçala rayon sakini, 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, yaşadığı evi qanunsuz tərk etməklə epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar (432)
Teqlər:
xəstə, polis, Neftçala, yoluxma, Koronavirus, epidemiya, COVID-19, qayda pozuntusu, karantin

Əsas mövzular