CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xaçmazdan çıxmağa can atan koronavirus xəstələrinə mane oldular

© Sputnik / Ilham MustafayevАвтомобил патрульной службы, фото из архива
Автомобил патрульной службы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

BAKI, 2 dekabr — Sputnik. Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadıqları ünvanı tərk edərək Bakı şəhərinə və Quba rayonuna getmək istəyən koronavirus xəstələrini aşkarlayıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata istinadla araşdırmalarla həmin şəxslərin Xaçmaz rayon sakinləri A.Zeynalova və A.İsayeva olduqları müəyyən edilib.

Dərhal həmin əraziyə həkim briqadası dəvət edilib və onlar təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Faktlarla əlaqədar Xaçmaz RPŞ-də araşdırmalar aparılır.

Xəbər lenti
0