CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın Xalq artisti evində huşsuz vəziyyətdə tapılıb

© Official website of President of Azerbaijan RepublicBakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evi
Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evi - Sputnik Azərbaycan
Abunə olmaq
İki-üç gündür heç bir xəbər alınmayan aktrisanı FHN və polis əməkdaşları evində huşsuz vəziyyətdə tapıblar.

BAKI, 22 noyabr - Sputnik. Azərbaycanın xalq artisti, milli kino və teatrda yaratdığı ölməz obrazlarla tanınan Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxırb nə də telefonuna zəng çatıb. Bu gün qonşuları və yaxınları Fövqəladə Hallar Nazirliyinə, eləcə də polis əməkdaşlarına müraciət ediblər. Bundan sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində döşəməyə yıxılmış vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyətinin yaxşı olduğu bildirilir. O, uzun müddətdir tək yaşayır, ictimaiyyət arasına çıxmır və yaradıcılığa son verib.

Xəbər lenti
0