Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN : Yağış nəticəsində köməksiz qalmış vətəndaşlara yardım edilib

© Sputnik / Irade JELILZabratın su altında qalmış küçələri
Zabratın su altında qalmış küçələri  - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb.

BAKI, 17 noyabr — Sputnik. Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb.

Hal-hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Xəbər lenti
0