Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təcili yardım avtomobili piyadanı vurdu

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə yolu keçmək istəyən piyada, Ucarın Küçəkənd kəndinin sakini, 1973-ci il təvəllüdlü Süleyman Rəsulovu vurub.

 

BAKI, 14 noyabr — Sputnik. Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1983-ci il təvəllüdlü Anar İsmayıl oğlu Əliyev idarə etdiyi təcili tibbi yardım avtomobili ilə yolu keçmək istəyən piyada, rayonun Küçəkənd kənd sakini, 1973-ci il təvəllüdlü Süleyman Arif oğlu Rəsulovu vurub. S. Rəsulov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0