CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Keçmiş məhkumun Zaqatala sərgüzəştləri

© Sputnik / Rahim MuradovBabali Əlizadədən götürülən "Makarov" tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron
Babali Əlizadədən götürülən Makarov tipli tapança, həmin silaha aid patron darağı və 6 ədəd patron - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

BAKI, 5 noyabr — Sputnik. Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar olunaraq götürülməsi və narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Zaur Səlimov idarə etdiyi "Mercedes" markalı avtomobillə birgə saxlanılıb.

Şəxsi axtarış zamanı ondan və idarə etdiyi avtomobildən "Makarov" markalı tapança və 3 ədəd patron, həmçinin bükümlərdə narkotik vasitə olan heroin, metamfetamin aşkar edilərək götürülüb. Z.Səlimov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Xəbər lenti
0