07:58 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
34 0 0

"Vaxtında tədbirlər görülməsə, payız-qış mövsümündə təzyiq tənzimləmələri zamanı problemlər ortaya çıxa bilər"

BAKI, 2 noyabr — Sputnik. Bir neçə müddətdir ki, Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən binalarda oğurluq halları baş verir. Fərdi olaraq və ya qrup halında şəxslər bina girişlərinə daxil olaraq boruların üzərində quraşdırılmış bağlayıcı kranın ştok hissəsini bərkidən bürünc qaykaları oğurlayır.

“Azəriqaz” İstehsalat Birlyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun əməkdaşları yarana biləcək hər hansısa bədbəxt hadisənin qarşısını almaq məqsədi ilə sözü gedən ünvana baxış keçiriblər. Dərhal qabaqlayıcı tədbirlərin icrasına başlanılıb. Belə ki, oğurlanan bürünc qaykalar dəmir qaykalar ilə əvəzlənərək yerinə bərkidilib: "Vaxtında tədbirlər görülməsə, payız-qış mövsümündə təzyiq tənzimləmələri zamanı bu cür hallarda problemlər ortaya çıxa bilər. Abonentlərin təhlükəsizliyi və onların məmnuniyyəti “Azəriqaz” İB-nin əsas prioritetlərindən olduğundan məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət olunub. Lakin buna baxmayaraq, oğurluq halları hələ də davam etməkdədir və abonentlər üçün bu hal istənilən anda təhlükəli vəziyyət yarada bilər".

Teqlər:
təzyiq, təhlükə, abonent, oğurluq, boru, qaz, "Azəriqaz"

Əsas mövzular