02:13 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
4910

Yazıçı bildirib ki, Türkiyənin yanındadır, bunun üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatları vasitəsi ilə zəlzələdən əziyyət çəkən insanlara maddi yardım edəcək.

BAKI, 2 noyabr — Sputnik. "Kimyagər", "Veronika ölməyə qərar verir", "Beşinci Dağ ", "Brida" və "Aldatma" kimi əsərləri ilə tanınan XX əsrin məşhur braziliyalı yazıçısı Paulo Koelio ötən həftə Türkiyənin İzmir şəhərində baş verən zəlzələ ilə bağlı özünün "Twitter" səhifəsində paylaşım edib.

Yazıçı sosial media hesabında Quranın İnşirah surəsində yer alan "Əlbəttə hər çətinliyin arxasında bir xeyir var" ayinini yazıb. Yazıçı əlavə edib ki, Türkiyənin yanındadır, bunun üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatları vasitəsilə zəlzələdən əziyyət çəkən insanlara maddi yardım edəcək. O, həmçinin təbii fəlaətdən zərər görən Yunanıstana da yardım edib.

Əsas mövzular