CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gənc qadın əməliyyatdan sonra öldü

© AFP 2023 / GUILLERMO ARIASВрачи во время операции, фото из архива
Врачи во время операции, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 24 sentyabr — Sputnik. Dünən Bərdə rayonu, Mustafaağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Bərdə rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə "yumurtalığın boğulmuş kistası" diaqnozu ilə daxil olduğu Bərdə rayon Mərkəzi Xəstəxanasına daxil olub. Qadın "kistanın çıxarılması" cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0