10:35 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
38610

Son günlərdə baş verən 4 yanğın hadisəsinin hələ də kim tərəfindən və nə səbəbə törədilməsi müəmmalı olaraq qalır.

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. Qubanın Dəlləkli kəndində son günlər müəmmalı şəkildə 4 yanğın hadisəsi törədilib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, sentyabrın 19-da kənd sakinləri İslam Vəzirov, Xalis Saxalov Bahadur Qədirovun ot tayaları yanıb. Bundan narahatlıq keçirən kənd sakinləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Əraziyə hüquq-mühafizə orqanları ilə yanaşı, Quba rayon icra başçısı Ziyəddin Əliyev də gəlib və baş verən hadisə onun da təəccübünə səbəb olub.

© Sputnik / Leyla Abdullayeva
Qubanın Dəlləkli kəndində polis əməkdaşı və vətəndaşlar

Dərhal yanğın yerinə FHN-in yanğınsöndürən qüvvəsi cəlb olunub.  Alovun evlərə və digər yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hüquq-mühafizə orqanları tərəfindən  təcili olaraq faktın aydınlaşdırılmasına başlanılıb və kəndin girəcəyinə polis postları qurulub. Buna baxmayaraq, dünən günün ikinci yarısında yenidən başqa bir sakini Nazim Rzayevin həyətində yanğın baş verib. Ona məxsus ot tayası alışıb. Son günlərdə baş verən 4 yanğın hadisəsinin hələ də kim tərəfindən və nə səbəbə törədilməsi müəmmalı olaraq qalır. Rayon icra başçısı hadisəni xüsusi nəzarətə götürüb.

Əlaqədar

Qubada müəmmalı yanğınlar baş verib: Polis kəndin girişində post qoyub
Qazaxdan daşıdığı yükü Zərdaba çatdıra bilmədi, maşını yolda alışdı - FOTO
Qardabanidə azərbaycanlıların məktəbində güclü yanğın olub – VİDEO
Şəmkirdə müəmmalı yanğınlar - Kənd sakinlərinin yuxusu ərşə çəkilib
Şəkidə yanğın zamanı xəsarət alan var – yanğın yerindən eksklüziv kadrlar
Teqlər:
FHN, müəmma, yanğın, Quba, Azərbaycan

Əsas mövzular