23:54 26 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
1801

"İritonnajlı yük maşınının təkərindən başlayan yanğın qoşqunu ağuşuna alıb. Yanğınsöndürənlər “Mercedes” markalı yük avtomobilini söndürə bilsələr də xeyli sement zay olub”

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 18 sentyabr — Sputnik. Goranboyda “Mercedes” markalı yük avtomobili yanıb. Hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Sputnik Azərbaycan xəbər verir ki, Qazaxdan Zərdab rayonuna sement daşıyan yük avtomobilinin qoşqusu qəfildən alovlanıb. Sürücü yanğının genişləndiyini görüb dərhal avtomobili saxlaya bilsə də alovu söndürməyə nail olmayıb. Hadisə yerinə 2 yanğınsöndürmə birqadası cəlb edilib. Alov söndürülsə də yük maşınının qoşqusu və oraya yığılan xeyli sement yararsız hala düşüb.

  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
  • Hadisə yerində
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Hadisə yerində

Məlumata görə, “Mercedes” markalı yük maşınının qəfil alovlanmasına təkərdən başlanan yanğın səbəb olub. Qeyd edək ki, sürücü Qazaxdan Zərdab rayonuna sement daşıyırmış. Baş verən hadisəylə bağlı araşdırma aparılır. 

Əlaqədar

Göygöldə dəhşət yaşandı: Ər və arvad avtomobildə diri-diri yandı
Goranboyda minik maşını yoldan “uçub” kafeyə düşdü - FOTOLAR
Gənc qız özünü hərəkətdə olan avtomobildən yola atdı
Avtobusla toqquşdular, gənc oğlan ayağını itirdi
Qaradağda mikroavtobus qəzaya düşdü, ölən var
Teqlər:
Goranboy, yanğın, yük avtomobili, avtomobil

Əsas mövzular