Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Bakubus" avtobusunda daha bir yanğın hadisəsi - Səbəbi araşdırılır

© Photo : TRENDСгоревший автобус BakuBus
Сгоревший автобус BakuBus - Sputnik Azərbaycan
Abunə olmaq
Sentyabr ərzində "Bakubus" avtobuslarında baş verən ikinci yanğın hadisəsidir. Mütəxəssislər bu avtobuslarda yanğın hadisələrinin fasiləsiz istismarı ilə əlaqələndirirlər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr — Sputnik. Bu gün səhər saat 06:10-da 88A nömrəli müntəzəm marşrut xətti üzrə 99JH038 dövlət qeydiyyat nişanlı avtobusda yanğın hadisəsi olub. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə avtobus başlanğıc dayanacaq məntəqəsindən depoya qayıdan zaman baş verib. Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayevin verdiyi məlumata görə, avtobusda texniki nasazlıq hiss edən sürücü depoya qayıtmaq istəyib: "Avtobus boş olub və xəsarət alan yoxdur".

Qeyd edək ki, bu, sentyabr ərzində "Bakubus" avtobuslarında baş verən ikinci yanğın hadisəsidir. Mütəxəssislər bu avtobuslarda yanğın hadisələrinin fasiləsiz istismarı ilə əlaqələndirirlər. Metro işləmədiyi dövrdə BakuBus MMC-nin depolarındakı avtobuslar tam sayda daşımalara cəlb olunub.

Mais Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakubus avtobuslarında yanğın hadisələrinin baş vermə səbəbi barədə indidən qəti fikir söyləmək olmaz. M. Ağayev avtobuslarda baş verən yanğınlarla bağlı araşdırılma aparıldığını söyləyib.

Xəbər lenti
0