23:59 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
7410

Hadisə Goranboy-Ağcakənd yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində baş verib. Yüksək sürətlə idarə olunan “Hyundai” markalı avtomobil yol kənarındakı ağacları qıraraq kafenin bir hissəsini də uçurub.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 14 sentyabr — Sputnik. Goranboyda dəhşətli, həm də qeyri-adi qəza qeydə alınıb. Belə ki, idarəetməni itirən sürücü yol kənarında fəaliyyət göstərən kafeyə girib.

Maraqlı məqam odur ki, avtomobil gəldiyi istiqamətdə deyil, əks formada ictimai iaşə obyektiə daxil olub. Ağır qəza zamanı 26 yaşlı sürücü Araz Hümbətov hadisə yerində dünyasını dəyişib.

  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
  • Goranboyda yol-nəqliyyat hadisəsi
    © Sputnik / Rahim Mammadov
1 / 3
© Sputnik / Rahim Mammadov
Goranboyda yol-nəqliyyat hadisəsi

Sputnik Azərbaycan xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunun rayonun Qaraçinar kəndindən keçən hissəsində baş verib. Yüksək sürətlə idarə olunan “Hyundai” markalı avtomobil yol kənarındakı ağacları qıraraq kafenin bir hissəsini də uçurub. Qəza zamanı ictimai iaşə obyektində olanlardan xəsarət alan olmayıb.

Qeyd edək ki, dünyasını dəyişən 26 yaşlı sürücü Xocalı rayon məktəblərindən birində müəllim olaraq fəaliyyət göstərirmiş. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mövzular