17:02 18 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
2510

Sərhəd pozucularından biri dərhal ələ keçib. Digəri isə çox da uzağa qaça bilməyib. Onların hər ikisinin üzərində narkotik vasitələr aşkarlanıb

BAKI, 5 sentyabr — Sputnik. Sentyabrın 2-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonu ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində iki nəfərin dövlət sərhədini pozmasi müşahidə olunub.

DSX-nin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, sərhəd zastavası "həyəcan" komandasına qalxaraq xidməti ərazidə sərhəd axtarışı həyata keçirib, nəticədə sərhəd pozucularından biri - Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayon Əsgərabad kənd sakini, 1991-ci il təvəllüdlü, İsmayılov Adil Totuxan oğlu üzərində 3 kq 265 qram heroinə, 3 kq 180 qram tiryəkə, 135 qram marixuanaya oxşar narkotik maddələr, 500 ədəd "Metadon", 100 ədəd "Glibotex", 210 ədəd "Gabaprel" psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Hadisə yerindən qaçmış digər sərhəd pozucusunun şəxsiyyəti dəqiqləşdirilərək ­DİN Biləsuvar rayon polis şöbəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu Əsgərabad kənd sakini, 1990-cı il təvəllüdlü Rəmiyev Musa Adıgözəl oğlu rayon ərazisində polis əməkdaşları tərəfindən 315 qram heroinə, 8 kq 225 qram tiryəkə, 2 kq 310 qram metamfetaminə oxşar narkotik maddələrlə, 460 ədəd psixotrop və güclü təsirli dərman preparatları ilə saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Astarada əcnəbilərin iyirmi iki milyon avroluq əməliyyatını heç etdilər - FOTO - VİDEO
DSX-dan növbəti əməliyyat: Külli miqdarda narkotik ələ keçirildi
Dövlət sərhədində atışma: ölən var
Böyük əməliyyat: İrandan Azərbaycana narkotik gətirən dəstə zərərsizləşdirilib
Azərbaycan-İran sərhədində atışma: ölən var

Əsas mövzular