00:56 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
337404

Vəhşi heyvan uzun illər edilən müalicələrdən sonra dünyaya gələn, iki bacının göz dikdiyi 10 yaşlı oğlanın bədənində sağ yer qoymayıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə şəhərin "25-ci kvartal" adlanan yeni yaşayış massivində baş verib. 10 yaşlı Mustafayev Taleh İbrahimxəlil oğlu həmyaşıdları ilə oynamaq üçün küçəyə çıxıb və qəfildən itin hücumuna məruz qalıb. İt azyaşlının, baş, qol və digər nahiyələrinə xəsarət yetirib. Qonşular uşağı itin əlindən güclə alıb və azyaşlı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Azyaşlının xalası Səbinə Alıyeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirib ki, o, ailəli olsa da, övladı yoxdur. Odur ki, gözünü bacısının yeganə övladı Talehə dikib. Taleh də uzun illər edilən müalicələrdən sonra dünyaya gəlib. İndi bir-biri ilə qonşu olan bu iki bacının ailəsinin yeganə ümid yeri Talehdir. Azyaşlının ailəsi bir neçə il kirayələrdə yaşayandan sonra cəmi bir ay əvvəl hazırkı ünvana köçübmüş. O vaxtdan da bu küçədəki sahibsiz itlərdən qorxaraq gəzməkdədirlər. 

  • Uşağın xalası Səbinə Alıyeva
    © Sputnik / Ibrahim Hashimov
  • Xəstəxana
    © Sputnik / Ibrahim Hashimov
  • Şəki Rayon Mərkəzi Xəstəxanası
    © Sputnik / Ibrahim Hashimov
1 / 3
© Sputnik / Ibrahim Hashimov
Uşağın xalası Səbinə Alıyeva

"Bir bilsəz, Taleh nə zülmlə ələ düşən, çətinliklə doğulub-böyüyən uşaqdır. Dünən (sentyabrın 1-də -red.) günorta saat 2-3 radələrində qonşuya gedib, yolda onu it gəmirib. Vəziyyəti ağırdır. Sistem, iynə vurulur, həkim nəzarətindədir. Uşağın sağ yeri qalmayıb. Üzü, əli, qarın hissəsi, bel hissəsi, başı, boğazının altı. Hələ yaxşı ki, itin dişi damarlarına dəyməyib. Yoxsa uşaq bizim olmayacaqdı", - deyə Səbinə Alıyeva bildirib. O, əlavə edib ki, itlərin əlindən yoldan keçə bilmirlər: "Küçə itlərlə doludur. O tərəf-bu tərəfə əlimizdə ağacla keçirik."

Şəki Rayon Mərkəzi Xəstəxanasından Sputnik Azərbaycan-a bildirilib ki, T.Mustafayev bədənin çoxsaylı it dişləməsi və cırılmış yarası diaqnozu ilə Cərrahiyyə şöbəsində stasionar müalicə olunur. Onun vəziyyəti orta ağır qiymətləndirilir. Faktla əlaqədar aidiyyəti qurumlar araşdırmalara başlayıb.

Əlaqədar

Bölgəmizdə sahibsiz it sakinlərə hücum edib: 6 yaralı
Bakıda jurnalistin oğlunu it dişlədi
Təhlükəli hesab edilən it iki uşaq üçün canını verdi
Şəkidə it uşağı dişləyib

Əsas mövzular