01:27 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
HADİSƏ
Qısa URL
2102

Müayinə zamanı məlum olub ki, Taleh Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib

BAKI, 1 sentyabr — Sputnik. Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Şəki şəhər sakini, 2010-cu il təvəllüdlü Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.

T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.

Əsas mövzular