CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həyat yoldaşı ilə mübahisə edən kənd sakini yaşadığı evi yandırıb

© AP Photo / Noah BergerKaliforniyada vəziyyət
Kaliforniyada vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gecə ailə üzvləri ilə mübahisə edən sərxoş kişi daha sonra benzin tökərək yaşadıqları evi yandırıb və kənddən çıxıb

İbrahim Həşimov, Sputnik Azərbaycan

Bakı, 1 sentyabr – Sputnik. Qax rayonunda yaşayış evi yandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə rayonunun Uzuntala kəndində qeydə alınıb. Yaxınlarının Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, kənd sakini Kərimov Cuma Aydın oğlu ötən gecə ailə üzvləri ilə mübahisə edib. Sərxoş vəziyyətdə olan Cuma Kərimov daha sonra benzin tökərək yaşadıqları evi yandırıb və kənddən çıxıb.

© Sputnik / StringerHadisə yeri
Həyat yoldaşı ilə mübahisə edən kənd sakini yaşadığı evi yandırıb - Sputnik Azərbaycan
Hadisə yeri

Hadisə zamanı xəsarət alan olmasa da, iki otaq və bir hamamdan ibarət olan yerdən tikilmiş ev içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Alovun ətrafa yayılmasının qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0