02:31 24 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
16 0 0

Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıblar və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb

BAKI, 1 sentyabr — Sputnik. Ötən gecə "VAZ-2106" markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törədib. Sürücü hadisə yerində vəfat edib. Sputnik Azərbaycan-ın Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilib.

Bu gün səhər saatlarında mərhumun yaxın adamları, Sabirabad rayonunun Qaragünə kənd sakinləri, Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirib, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq edib, bədən xəsarəti yetiriblər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılıblar və daha ağır hadisələrin baş verməsinin qarşısı alınıb.

Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədilə Şirvan şəhər Prokurorluğuna müraciət edilib.

Əsas mövzular